
Milyarder iş adamı Ceff Bezosun nişanlısı Loren Sanchez toy öncəsi qız gecəsini (deviçnik) dünyanın moda paytaxtı olan Parisdə qeyd edib.Lorenin yaxın rəfiqələri ilə birlikdə keçirdiyi bu eksklüziv tədbir lüks və zərifliklə yadda qalıb. Şəkillərdən göründüyü kimi, Parisin romantik küçələri, incə dekorasiyalar və xüsusi proqram qonaqlar üçün unudulmaz anlar yaradıb. Gecə boyu Loren həm şıq geyimi, həm də xoşbəxt siması ilə diqqət çəkib.Qız gecəsində dizayner paltarları, xüsusi şampanlar və seçilmiş musiqi ilə tədbir bir toy öncəsi ziyafətindən daha çox, elə bir “moda nümayişi” ab-havasında keçib. Lorenin Parisdə bu gecəni seçməsi təsadüfi deyil – romantikanın və dəbin mərkəzi olan bu şəhər, onun gələcək həyatının yeni mərhələsinə simvolik bir keçid oldu.
Xatırladaq ki, Ceff Bezos və Loren Sanchez uzun müddətdir münasibətdədir və onların toy mərasimi yaxın aylarda gözlənilir. Cütlük tez-tez birlikdə tədbirlərdə, xeyriyyə aksiyalarında və səyahətlərdə görünür.
✍️"Ulusum".az
Diqqət Çəkənlər
Avroviziya 2025 Finalı Bazeldə: Azərbaycan Finala Çıxa Bilmədi, Səsləri Safura Əlizadə Açıqlayacaq
Rumıniyada prezident seçkilərinin ikinci turu başlayıb
Niderlandda İslam Təhsilində Sıçrayış: Rekord Sayda Müsəlman Məktəbi Açılır