RU

Makron Danı Rumıniya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib

Fransa prezidenti Emmanuel Makron müstəqil avropapərəst namizəd, Buxarestin hazırkı meri Nikuzor Danı Rumıniyada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib...

Poliqon xəbər verir ki, o, təbrikini X sosial şəbəkəsində  dərc edib.

"Fransa tərəfdaşlığımızı gücləndirmək və daha güclü, suveren və müstəqil Avropa naminə birgə işləmək üçün sizin tərəfinizdə olacaq", Makron bildirib.

Fransa lideri Rumıniyanın demokratiya, qanunun aliliyi və Avropa İttifaqının lehinə seçim etdiyini vurğulayıb.

Makron səsvermə zamanı çoxsaylı manipulyasiya cəhdlərini də qeyd edib.

Poliqon.info 

Избранный
13
3
poliqon.info

10Источники