Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda qərbyönlü namizəd, Buxarest meri Nikusor Dan qalib gəlib.
Ölkə.az xəbər verir ki, Rumıniya Mərkəzi Seçki Komissiyası protokolların 100%-ni hesablayıb və səsvermənin nəticələrinə görə, qərbyönümlü Nikusor Dan 53,6%, rusiyayönlü namizəd Corc Simion isə 46,4% səs toplayıb.
Yada salaq ki, exit-poll səslər hesablanmamışdan əvvəl Danın qələbəsini göstərmişdi, lakin Simion daha sonra bu məlumatlara inanmadığını bildirərək qələbəsini elan etmişdi.
Ancaq rəsmi məlumatların dərcindən sonra rusiyayönlü Simion məğlubiyyətini etiraf edərək rəqibini təbrik edib.
"Rəqibim Nikusor Danı təbrik etmək istəyirəm. O, seçkilərdə qalib gəldi və bu, Rumıniya xalqının iradəsi idi", - Simion paylaşdığı videoda bildirib.
Mürtəza
Ölkə.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта