Bakı. Trend:
Bakıda yeni işıqforlar quraşdırılıb.
Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzininəməkdaşları paytaxt ərazisində yerləşən təhsil müəssisələri vəxəstəxanaların yaxınlığında olan yollarda monitorinqlərkeçirirlər.
"Keçirilən növbəti tədbirlər zamanı piyada və nəqliyyatintensivliyi nəzərə alınaraq, Suraxanı rayonunda 87 nömrəli tamorta məktəbin və 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının yaxınlığındayeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada işıqforları vəbölmələri quraşdırılıb.
Rayonun Səttar Bəhlulzadə küçəsinin Tofiq Bayram və Əli Əskərovküçələri ilə kəsişməsində yol hərəkəti iştirakçılarınıntəhlükəsizliyini təmin etmək məqsədilə ümumilikdə 16 ədəd piyadaişıqforu və bölməsinin istifadəyə verilməsi nəzərdə tutulur", -deyə məlumatda qeyd edilib.