Bakı. Trend:
Sudan Silahlı Qüvvələri paytaxt Xartum vilayətini Çevik CavabQüvvələrinə (ÇCQ) məxsus üsyançılardan tam təmizlədiyini bəyanedib.
Trend xarici KİV-əistinadla xəbər verir ki, bu barədə Sudan ordusunun yaydığı rəsmiaçıqlamada bildirilib.
“Bu gün elan edirik ki, Xartum əyaləti Daqlo birləşmələrinin(ÇCQ) mövcudluğundan tamamilə azad edilib”, – bəyanatdadeyilir.
Xatırladaq ki, hələ martın sonunda ordu Xartumun ÇCQüsyançılarından təmizlənməyə başlandığını açıqlamış və şəhərətrafındakı mövqelərə hücumları davam etdirmişdi. Cavab olaraq,üsyançı qüvvələr aprelin ilk yarısında ölkənin cənub və qərbbölgələrində – xüsusilə Darfur və Kordofanda – hərbi əməliyyatlarıgücləndirmiş və nəzarət etdikləri ərazilərdə “öz hökumətlərini”qurduqlarını bəyan etmişdilər.
Tərəflər bir-birini münaqişə zonalarında dinc əhalinin qətləyetirilməsində ittiham edir.
Qeyd edək ki, Sudanda 2023-cü il aprelin 15-dən etibarən orduilə Çevik Cavab Qüvvələri arasında qanlı toqquşmalar davam edir.ÇCQ-nin başında general Məhəmməd Həmdan Daqlonun dayandığı münaqişəölkədə humanitar fəlakətə səbəb olub. Beynəlxalq Qırmızı XaçKomitəsi xəbərdarlıq edib ki, qarşıdurmanın uzanması xəstəliklərinyayılmasına və səhiyyə sisteminin tamamilə çökməsinə yol açabilər.