RU

Avtobusun şüşəsini sındıran şəxs saxlanılıb

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirib ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Избранный
47
34
operativmm.az

10Источники