RU

Yaponiyanın Hakodate şəhərində minlərlə balıq sahilə çıxıb - Video

Yaponiyanın şimalındakı Hokkaydo bölgəsinin Hakodate şəhərində minlərlə balıq sahilə çıxıb. Bizimyol.info xəbər verir ki, Yaponiya İctimai Televiziyasının (NHK) məlumatına görə, bir vətəndaş Hakodatedə minlərlə balığın sahilə çıxması barədə səlahiyyətlilərə məlumat verib. Bununla əlaqədar bölgədəki səlahiyyətlilər tərəfindən araşdırma aparılıb. Bu çərçivədə, alınacaq tədbirlər və ölən balıqlarla əlaqədar görüləcək işlərin qiymətləndirildiyi bildirilib. Yerli olaraq fəaliyyət göstərən Toi Balıqçılıq Dərnəyindən verilən açıqlamada bölgədə əvvəllər də oxşar hadisələrin baş verdiyi, lakin bu qədər balığın sahilə çıxması nadir hal olduğu qeyd edilib. Hokkaydo Universitetinin dəniz orqanizmləri üzrə mütəxəssisi Mitsuhiro Nakaya bölgədəki dəniz suyunun temperaturu aşağı düşdüyünə görə balıq sürülərinin Hokkaydonun cənub hissəsinə köç etdiyini bildirib. Mitsuhiro sözügedən balığın delfinlər və ya tuna balıqları tərəfindən təqib olunma ehtimalını da dilə gətirib. "Çox sayda balıq sahilə çıxıb, lakin bunun ekosistemə böyük təsiri olmayacaq", - deyə o qeyd edib. Qadir, Bizimyol.info pic.twitter.com/9vRTyxiOoH —  December 7, 2023

Избранный
123
4
bizimyol.info

10Источники