RU

Ayxan Hacızadə Azərbaycanın İranda Səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasını şərh edib

Bakı. Trend:

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İranİslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu həyatakeçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşınıisə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü iltarixində çıxarılmış ölüm hökmü 21 may 2025-ci il tarixində səhərsaat 5-də icra olunub.

Edamın icra olunması prosesini Səfirliyimizin 2 nəfər əməkdaşıvə məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkilmüşahidə edib.

Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildəcəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntilərisırasında idi.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq,diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və buqəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşməölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyətkəsb edir.

Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslananAzərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərindavam etdirilməsini vacib hesab edirik.

Избранный
192
27
az.trend.az

10Источники