RU

İKTA: Azərbaycanda 100 min ADSL, 400 min ETTH və FWA abunəçisi var

Azərbaycanda 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur ki, onlardan da 1,7 milyonu, yaxud 78%-i GPON texnologiyası istifadə edir.

"APA-Economics" xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə keçirilən görüşdə İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov deyib.

O qeyd edib ki, mövcud 2,2 mln qoşulmalardan təxminən 100 mini ADSL, 400 mini “Ethernet” bağlantısı (ETTH) və sabit simsiz internet bağlantısı (FWA) texnologiyası vasitəsilə təmin edilir:

"Beləliklə, müasir və rəqabətə davamlı təkliflər verə bilmələri üçün köhnəlmiş texnologiya istifadə edən operatorlar şəbəkələrinin texnoloji yeniləşdirilməsi barədə zəruri addımlar atmalıdırlar".

Избранный
344
14
apa.az

10Источники