
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyinin təşəbbüsü ilə Rabat şəhərindəki iqamətgahda möhtəşəm konsert proqramı təşkil edilib.
Ulusum.az-a Mərakeşdən xüsusi əməkdaşımızın verdiyi məlumata görə, Konsertdə Əməkdar artistlər Sahib Paşazadə və Kamran Kərimovun ifasında səslənən muğam və ritmik kompozisiyalar dinləyiciləri Azərbaycan musiqisinin dərinliklərinə aparıb.
Tədbirə 100-dən çox yerli və beynəlxalq qonaq qatılıb. Konsert Azərbaycan mədəniyyətinin tanıdılması və mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli hadisə olub.
Səfir Nazim Səmədov çıxışında mədəniyyətin xalqlar arasında qarşılıqlı hörmət və etimadı gücləndirən vasitə olduğunu bildirib.
O vurğulayıb ki, belə təşəbbüslər mədəni diplomatiyanı inkişaf etdirir, ortaq dəyərlər üzərində yeni əməkdaşlıq imkanları yaradır.Ulusum.az
Diqqət Çəkənlər
Gənc Lider Eltac Sadıqovanın Beynəlxalq Arenadakı Uğur Yolu - VİDEO
Azərbaycan muğamı Mərakeş səmasında səsləndi: FOTO - VİDEO
"İmtiyazı alınmış" Kevin Speysi Kann festivalına qayıtdı - FOTO