
Bürclərin insan xarakterinə təsiri mövzusu daim müzakirə olunur. Astroloqlar deyir ki, bəzi bürclər digərlərindən fərqli olaraq, daha çox ikiüzlü və araqatan davranışlar sərgiləyə bilər. Bu xüsusiyyətlər adətən diqqət çəkmək, ətrafda qalmaq və şəxsi maraqları üçün istifadə olunur. İndi isə ən çox belə xüsusiyyətlərlə bağlı adı hallanan bürclərə nəzər salaq:Əkizlər — Bu bürcün nümayəndələri dəyişkən və ikili təbiətləri ilə tanınır. Bir an səmimi və açıq, digər an isə tam fərqli və soyuq ola bilərlər. Bu davranışlar bəzən ikiüzlülük kimi qəbul edilir.Əqrəb — İntuisiyası güclü olan Əqrəblər, münasibətlərdə nəzarət etmək istəyir. İstədiklərini ala bilmədikdə, müxtəlif planlar qura və insanları manipulyasiya edə bilərlər.Tərəzi — Sakit və balanslı görünsələr də, bəzən insanları bir-birinə qarşı qoyaraq öz xeyirlərinə vəziyyəti dəyişməkdən çəkinmirlər. Onların hər kəslə dost imici bəzən ikili oyunlara yol açır.Balıqlar — Həssas və duyğusal olan Balıqlar bəzən özlərini qurban rolu ilə təqdim edərək, qarşı tərəfi günahlandırırlar. Onların gizli niyyətlərini anlamaq isə çox vaxt çətindir.Astroloqlar vurğulayır ki, hər bürcün həm müsbət, həm də mənfi cəhətləri var və bu xüsusiyyətlər hər kəsə şamil edilə bilməz. İnsan xarakteri yalnız bürcdən deyil, tərbiyə, mühit və həyat təcrübələrindən də asılıdır.Ulusum.az
Diqqət Çəkənlər
27 may BDU - Karyera Festivalı - Gələcəyinə Doğru Addım At!
Xəzər Universitetində “Career Fair 2025” Networking və Career Development Platforması FOTO / VİDEO
Terror şəbəkəsi ifşa olundu: Azərbaycan vətəndaşları ələ keçirildi və ölkəyə gətirildi