RU

Liverpulda bir nəfər insanların üzərinə avtomobil sürüb, xəsarət alanlar var

Liverpulda bir nəfər yerli futbol klubunun İngiltərə Premyer Liqasındakı çempionluğunu qeyd edən insanların üzərinə avtomobil sürüb.

"Report" bu barədə "The Telegraph"a istinadən xəbər verir.

Şahidlərin sözlərinə görə, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları artıq avtomobilin sürücüsünü saxlayıblar; hadisənin motivləri haqqında heç bir məlumat yoxdur.

Избранный
50
50
report.az

10Источники