RU

Məhkəmə Hüseynlə bağlı QƏRAR VERDİ

Rusiyada Moskva Şəhər Məhkəməsi 170 milyon rubl (təxminən 3.6 milyon manat) məbləğində vergini ödəməməkdə ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənov barədə qiyabi həbs qərarının qanuniliyini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Tərəflərin mövqeyini dinlədikdən sonra məhkəmə qərar verdi ki, Həsənovla bağlı ilkin instansiyanın qərarı dəyişdirilməz qalır və Həsənovun müdafiəsinin apellyasiya şikayəti qəbul edilmir", - hakim bildirib.

Xatırladaq ki, Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Избранный
166
6
publika.az

2Источники