RU

LGBT-yə görə 17 Aİ ölkəsi Avropa Komissiyasını Macarıstanı cəzalandırmağa çağırdı


Macarıstanla Aİ-nin digər ölkələri arasında gərginlik artır: Çərşənbə axşamı Almaniya və Fransa da daxil olmaqla 17 Aİ ölkəsi Avropa Komissiyasını LGBT insanlarının paradını qadağan edən qanunun qəbuluna görə Budapeşti cəzalandırmağa çağırıb. Aİ ölkələrinin qəbul etdiyi bəyanatda deyilir:-"Biz bununla bağlı Avropa Komissiyasının narahatlığını bölüşürük və bu addımlar [Macarıstan tərəfindən] müvafiq qaydada nəzərdən keçirilməsə, Komissiyanı sərəncamında olan bütün hüquqi sənədləri dərhal tətbiq etməyə çağırırıq".Lakin bəyanat müəllifləri cəzanın nə ola biləcəyini dəqiqləşdirməyiblər. Aİ-nin Avropa nazirləri çərşənbə axşamı Brüsseldə Macarıstanın Aİ qaydalarına riayət etməsini müzakirə ediblər və bir çox diplomatlar və siyasətçilər nəzəri olaraq Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməli olduğunu, amma praktikada bunun mümkün olmadığını söyləyiblər.

“Reuters” xəbər verir ki, Avropa İttifaqı məsələləri üzrə nazir Yanoş Boka isəbildirib ki,“Macarıstanda Qürurla bağlı heç bir qadağa yoxdur!” Politico-nun Aİ strukturlarındakı anonim mənbələrinə görə, 19 ölkə səs birliyindən məhrumetmə prosedurunun işə salınmasının tərəfdarıdır. Ümumiyyətlə, Ukrayna müharibəsi zamanı bir çox nəşrlərin dəfələrlə yazdıqları kimi, Avropa Birliyində Orbanın davranışına qarşı qıcıqlanma get-gedəartır.

Surxay Əliyev

Избранный
90
30
baki-xeber.com

10Источники