RU

Əməkdar mühəndis dünyasını dəyişdi – FOTO

Uzun illər Azərbaycanın qaz təsərrüfatında rəhbər vəzifələrdə çalışan, Respublikanın əməkdar mühəndisi, Prezidentin fərdi təqaüdçüsü Əliş Müseyib oğlu İsmayılov vəfat edib.

Bu haqda Viral.az-a onun yaxınları məlumat verib. 

Bildirilir ki, Əliş İsmayılov 11 fevral 1931-ci ildə Azərbaycan SSR-in Xıllı rayonu (indiki Neftçala rayonu) Qaralı kəndində anadan olub. 1953-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1959-cu ildə “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə təhsilini başa vurub və “Dağ mühəndisi” ixtisası alıb.

Son Yazılar:

Əmək fəaliyyətinə qaz sahəsində başlayan Əliş İsmayılov müxtəlif illərdə “Başqaz” İdarəsində baş mühəndis, həmin idarənin rəisi, daha sonra isə “Azəriqaz” İstehsalat Birliyində müşavir vəzifələrində çalışıb. 1985–2000-ci illərdə Bakı şəhəri İstehsalat Qaz İdarəsinin rəisi vəzifəsini icra edib.

1991-ci il tarixli sərəncamla “Azərbaycan SSRİ-nin əməkdar mühəndisi” fəxri adına, 2011-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Əliş İsmayılovun qaz sənayesindəki xidmətləri və zəngin təcrübəsi ölkə miqyasında yüksək qiymətləndirilib.

 

 

Избранный
296
6
viral.az

10Источники