RU

Tramp Putinə iki həftə vaxt verdi: ƏKS HALDA…

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Rusiya prezidenti Vladimir Putinə Ukraynada atəşkəs danışıqlarında irəliləyiş əldə etməsi üçün iki həftə vaxt verdiyini bildirib. O, əgər bu müddət ərzində razılıq əldə olunmasa, Rusiyanı gözləyən nəticələrlə bağlı üstüörtülü təhdidlər də səsləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “NBC News” telekanalı yayıb.

Mənbə qeyd edir ki, iki lider arasında uzun illərdir ictimaiyyət qarşısında mehriban münasibət nümayiş etdirilsə də, son həftələrdə gərginlik artıb.

Tramp, xüsusilə Kremlin tələblərindən — yəni əslində Kiyevin təslim olması ilə nəticələnəcək şərtlərdən narazı qalaraq məyusluğunu gizlətmir:

"Biz öyrənəcəyik ki, o (Putin) bizi nəyə doğru itələyir. Əgər belədirsə, o zaman biz bir az fərqli cavab verəcəyik."

ABŞ-da yüksək səviyyəli rəsmilər Trampa Rusiyaya qarşı daha sərt tədbirlər görməsi üçün təzyiqləri artırırlar. Söhbət, o cümlədən, yeni sanksiyalardan gedir.

“NBC News” əlavə edir ki, əgər Senatdakı “şahinlər” Rusiya ilə ticarət edən ölkələrə qarşı 500%-lik tarif qanun layihəsini qəbul etdirməyə nail olsalar, Trampın “başqa seçimi qalmaya bilər”.

Bizim.Media

Избранный
44
49
bizim.media

10Источники