RU

"Ekologiya.az" İnformasiya Agentliyinin yaranması günüdür!

Bu gün  "Ekologiya.az" İnformasiya Agentliyinin yaranması günüdür.

"Ekologiya.az" xəbər verir ki, saytın fəaliyyətə başlamasından 2 il ötür.

Bu illər ərzində "Ekologiya.az"İnformasiya Agentliyi  daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib.

"Ekologiya.az"  İnformasiya Agentliyi rəhbəri V.Turan ilk öncə sorğulara daimi operativ cavab verən ETSN-nin mətbuat xidmətinin rəhbərinə və kollektivinə təşəkkürünü bildiriib. Agentlik rəhbəri bu əməkdaşlığın bundan sonra da sıx və daimi olacağına inandığını deyib.

Qeyd edək ki, "Ekologiya.az" İnformasiya Agentliyi dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, reportaj, müsahibə,  ekoloji xəbər və araşdırmalar, eləcə də ekspert və mütəxəssislərin açıqlamalarını təqdim etməkdədir. Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan Ekologiya.az qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək bu statusunu bu günədək qoruyub saxlayıb.

V.Turan gecəsini gündüzinə qatan çalışqan heyyəti təbrik edərək, onlara yeni yaradıcılıq uğurları arzulayıb!

Избранный
8
50
ekologiya.az

10Источники