RU

Oğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində tədbir görüldü

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii SərvətlərNazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanırayonun Muxas kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsaledən quyular aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regionalqrupundan Trend-ə verilənməlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxsinkənd sakini Ş.Əkbərov olduğu müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlətekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitəvə ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekolojiekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən ediləntəsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi iləprotokol tərtib edilib.

Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyətidayandırılıb.

Избранный
339
37
az.trend.az

10Источники