RU

11 sığorta agentinin lisenziyası niyə ləğv edildi...


Əkrəm Həsənov: "Sığorta agentləri AMB-yə lazımi hesabatı təqdim etmədiyinə görə, qanuna uyğun olaraq xəbərdarlıq qismində fəaliyyətləri bir ay müddətinə dayandırılib"

Azərbaycan Mərkəzi Bankı (AMB) 11 nəfər fiziki şəxs olan sığorta agentinə verilmiş lisenziyaların qüvvəsinin 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Bir qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.10-cu maddəsinin tələblərinə müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar mayın 27-də qəbul edilib.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən lisenziyalarının qüvvəsi dayandırılmış sığorta vasitəçilərinin siyahısı AMB tərəfindən dərc ediib.

Əvvəlcə onu qeyd edək ki, sığorta agenti sığorta şirkətinin adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, eləcə də sığorta şirkəti ilə potensial müştərilər arasında danışıqların aparılmasında vasitəçilik edən fiziki və ya hüquqi şəxsdir. O, sığorta xidmətlərini təklif edir, müştərilərin sığorta ehtiyaclarını ödəyir və sığorta müqavilələrinin bağlanmasına kömək edir.

İndi isə AMB-nin istinad etdiyi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsini incələyək. Agentin fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aşağıdakılardır:

Maddə: 106.1.10. sığorta vasitəçisinin bu Qanunun 88.3-cü və (və ya) 93.2-3-cü maddələrinin tələblərinə riayət etməməsi.

Maddə: 88.3. Fiziki şəxs sığorta vasitəçisi, habelə bu Qanunun 83.3-cü , 83.4-cü və 88.4-cü maddələrində nəzərdə tutulmuş şəxslər Mərkəzi Bankda attestasiyadan keçdiyi tarixdən hesablanmaqla 5 ildə bir dəfə Mərkəzi Bank attestasiyadan keçməlidir.

83.4. və 88.4-cü maddələr hüquqi şəxs olan sığorta brokerlərinə aiddir.

Maddə: 83.2.2. müvafiq lisenziya almaq istəyən şəxslər üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydalara əsasən Mərkəzi Bankda müvafiq attestasiyadan keçməsi;

Maddə: 93.2-3. Sığorta vasitəçilərinin (agentləri) fəaliyyətləri üzrə hesabatları Mərkəzi Banka təqdim etməyə məhsuldurlar. Hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Bank tərəfindən müəyyən edilir.

Qanunun maddələrindən göründüyü kimi, fiziki şəxslər olan sığorta agentkəri 5 ildə bir dəfə Mərkəzi Bankda attestasiyadan keçməli, ildə bir dəfə isə AMB-yə fəaliyyətləri barədə hesabat verməlidir.

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən bank məsələlərı üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, fiziki şəxs olan 11 sığorta agenti AMB-yə lazımi hesabatı təqdim etmədiyinə görə qanuna uyğun olaraq xəbərdarlıq qismində fəaliyyətləri bir ay müddətinə dayandırılıb: "Qeyd edim ki, sığorta agentləri birbaşa sığorta fəaliyyətini həyata keçirmirlər. Onlar sığorta şirkəti ilə müştəri arasında vasitəçi rolunu oynayırlar. Yəni sığorta məhsullarının müştərilərə satılması ilə məşğuldurlar. AMB onlara lisenziya verir və fəaliyyətlərinə nəzarət edir. Onlar isə, vaxtaşırı olaraq, tələb edilən formada AMB-yə fəaliyyətləri barədə hesabat verməlidirlər. Onlar hesabatlarını vaxtında vermədiyinə görə AMB onların lisenziyasını bir aylığa dondurub. Bu bir növ AMB-dən sığorta agentlərinə verilən xəbərdarliq və ya cəzadır ki, vaxtında hesabat versinlər. Kim bu bir ay ərzində hesabat versə, yəqin ki, lisenziyasının fəaliyyəti bir aydan sonra bərpa ediləcək. Kim yenə hesabat verməsə, yəqin ki, onun lisenziyası ümumiyyətlə ləğv ediləcək.

Bilirsiniz ki, ölkədə sığorta sektoru dirçəliş mərhələsindədir, ona görə də AMB də sığorta alətlərinin geniş spektrda fəaliyyətində maraqlıdır. Amma qanunlara da əməl edilməlidir axı...

Sığorta agentlərinə nəzarət onların hesabatı əsasında həyata keçrilir. Bu hesabat da ortada yoxdursa AMB sığorta agentlərinə neçə nəzarət edə bilər? Hesab edirəm ki, AMB qanunauyğun və doğru addım atıb".

Akif NƏSİRLİ

Избранный
76
50
baki-xeber.com

10Источники