RU

Naxçıvanda “MEDİAFEST-2025” çərçivəsində media tədqiqatçıları tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

“MEDİAFEST-2025” çərçivəsində mayın 31-də Naxçıvan DövlətUniversitetində Bakı Dövlət Universitetinin professoru QuluMəhərrəmli və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinindekanı Vüqar Zifəroğlu tələbələrlə görüşüblər.

Trendxəbər verir ki, görüşdə onlar jurnalistika sahəsindəki akademik vəpraktik təcrübələrini tələbələrlə bölüşüblər.

Professor Qulu Məhərrəmli müasir dövrdə jurnalistin ictimaiməsuliyyətini və informasiyanın dəqiqliyinin vacibliyinivurğulayaraq jurnalistikada etik qaydalara əməl etməyin önəminidiqqətə çatdırıb. O həmçinin tələbələrə media dünyasında peşəkarolaraq inkişaf etmələri üçün akademik yanaşmalarını doğruformalaşdırmağı tövsiyə edib.

Vüqar Zifəroğlu isə xəbər istehsalının texniki və redaksiyatərəflərinə dair detallı analizlər apararaq tələbələri peşəkarjurnalistikanın dəqiq və elmi yanaşmalarını mənimsəməyə çağırıb.Onun sözlərinə görə, jurnalistikanın akademik tərəfi yalnızgündəlik fəaliyyətlə məhdudlaşmamalıdır; hər bir jurnalist elmibiliklərlə təchiz olmalıdır.

Görüşlər diskussiya şəraitində, sual-cavab şəklində keçib. Bugörüşlər gənc jurnalistlər üçün təcrübə mübadiləsi olub.

Qeyd edək ki, “MEDİAFEST-2025” Azərbaycan milli mətbuatının 150illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin müvafiq Sərəncamına əsasən keçirilib.

Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Məqalədə:
Избранный
75
12
az.trend.az

10Источники