Almaniya nasist dövründən bəri ilk dəfə olaraq öz nizami qoşunlarını başqa ölkəyə yerləşdirir.
Bu barədə "Military Watch Magazine" məlumat yayıb.
Bildirilir ki, Almaniya ordusu Litvanın paytaxtı Vilnüsdə yeni 45-ci tank briqadası formalaşdırmaqla öz bölmələrini yerləşdirməyə başlayıb.
2023-cü ilin dekabrında Litva və Almaniyanın müdafiə nazirləri Arvidas Anuşauskas və Boris Pistorius Vilnüsdə Almaniya briqadasının 2027-ci ilə qədər respublikada yerləşdirilməsi üzrə fəaliyyət planı imzalayıblar.
Beş min alman əsgərinin ailələri ilə birlikdə Litvaya gedəcəyi gözlənilir. /Oxu.az/