RU

Makron onları hədələdi: Sərt olacağıq

Fransa hakimiyyəti Çempionlar Liqasının finalında PSJ-nin qələbəsindən sonra baş verən kütləvi iğtişaşlarda iştirak edənlərin hamısını ciddi şəkildə cəzalandıracaq.

Publika.az xəbər verir ki, müvafiq bəyanatla respublika prezidenti Emmanuel Makron çıxış edib.

Makron bu vədi PSJ klubunun futbolçuları və məşqçilər heyəti üçün Yelisey sarayında keçirilən qəbul zamanı verib.

"Məhkəmə və cəza olacaq. Biz sərt olacağıq", - Fransa dövlət başçısı bildirib.

O, baş verənlərin futbolla heç bir əlaqəsi olmadığını vurğulayıb.

Makron hüquq-mühafizə orqanlarının əməkdaşlarına və kommunal xidmətlərə də minnətdarlığını bildirib.

Избранный
263
50
publika.az

10Источники