RU

Turizmin inkişafı üçün büdcədən 22 milyon aldı, özünə xərclədi

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kemerovo vilayətində turizmin inkişafı üçün ayrılmış büdcədən 22 milyon rubl oğurlayan biznesmeni saxlayıblar.

XəzərNews.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin Kuzbass üzrə İstintaq İdarəsi məlumat verib.

İdarədən verilən məlumata görə, sahibkar pulu modul tipli düşərgələrin tikintisi üçün alıb. Bunun üçün 2022-ci ilin avqust ayında o, layihəni birgə maliyyələşdirmək üçün vəsaiti olduğunu göstərən saxta bank çıxarışı təqdim edərək regionda turizmin inkişafı proqramında iştirak etmək üçün müraciət edib. Büdcə pulu hesaba köçürüləndən sonra həmin adam layihəni həyata keçirməyib, milyonları öz ehtiyaclarına xərcləyib.

Hazırda ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. İş adamı istintaqla əməkdaşlıq edir. Onun hesablarına və avtomobilinə həbs qoyulub.



Xəbər 2 dəfə oxunub.
Избранный
161
50
xezernews.az

10Источники