Türkiyənin Azərbaycandakı Səfirliyi Azərbaycan minifutbol komandasını dünya çempionatının qalibi olması münasibəti ilə təbrik edib.
Operativ Media xəbər verir ki, səfirlik bu barədə X hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Minifutbol üzrə Dünya Çempionatının qalibi olmuş Azərbaycan milli komandasını ürəkdən təbrik edir, uğurlar arzulayırıq".