RU

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

“Corriere del Veneto” qəzetinin yaydığı məlumata görə, İtaliyanın Villafranca Padovana şəhərində ötən il baş verən qətl hadisəsində gözlənilməz dönüş yaşanıb. 27 aprel 2024-cü il tarixində qətlə yetirilmiş Maykl Boşettonun atası Federiko Boşetto, oğlunun telefonunda aşkar etdiyi video material sayəsində əsas şübhəlinin günahını üzə çıxarıb.

Hadisədən dərhal sonra şübhələr ailə dostu Giacomo Frisoya yönəlsə də, onun cinayətdə iştirakı bir il ərzində sübuta yetirilə bilməmişdi. Lakin Mayklın atası, yaxın günlərdə polis tərəfindən müsadirə olunmuş telefonu geri aldıqdan sonra hadisəyə işıq salan əsas dəlili ortaya çıxarıb.

Cihazın kilidini polis aça bilməmişdi. Lakin Federiko Boşetto, oğlunun keçmiş sevgilisinin köməyi ilə telefona daxil olub və qətl hadisəsindən dərhal sonra çəkilmiş bir video ilə qarşılaşıb.

Telefonun yaddaşında Frisonun öz evində rəqs etdiyi, qələbə jestləri göstərdiyi və özünü lentə aldığı bir video yer alıb. Qətlin baş verdiyi vaxtdan sonra çəkilmiş bu video Frisonun hadisədən xəbərdar və ehtimal ki, birbaşa iştirakçı olduğunu sübut edir.

Federiko Boşetto hadisəni belə təsvir edib:

"Onun rəngi ağardı. Telefonu mənə çevirəndə niyə bu qədər təlaşlandığını anladım. Mayklın telefonunda Friso öz evində sevinclə rəqs edir və qələbə işarələri göstərirdi."

Video sübut kimi təqdim olunduqdan sonra Giacomo Friso dərhal saxlanılıb və hazırda həbsdədir. İstintaqın davam etdiyi bildirilib.


Избранный
110
14
news24.az

10Источники