RU

Dövlət satınalmaları ilə bağlı qanunvericilik təkmilləşdirilə bilər - Hesablama Palatası təkliflər paketi hazırlayıb

"2024-cü ildə ölkə üzrə ümumilikdə 19602 sayda 9 mlrd. 845mln. manat məbləğində satınalma baş tutub.

Teleqraf xxəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədrinin sözlərinə görə, 2023-cü illə müqayisədə məbləğ baxımından 30,5%, say baxımından 57,0% çoxdur:

"Dövlət satınalmaları ilə əhatə edilmiş məbləğin artımına yeni Qanunda satınalma predmetinin maliyyə vəsaiti hesabına əldə edilməsinin təsbit olunması vəehtimal olunan qiymətin minimum məbləği 5 min manatdan aşağı - şərti ortalama məbləği 2758manat və sayı 1849 olan“kiçik müqavilələr” də təsir edib.
Hesablama Palatasının apardığı təhlillər dövlət satınalmaları sahəsində yeni qanunvericiliyin tətbiqinin bir sıra müsbət dəyişikliklərə töhfə verdiyini deməyə imkan yaradır. Qeyd olunan müsbət məqamlarla yanaşı, tətbiq edilən yeni qanunvericilik aktının digər təsirləri də müşahidə olunub. Belə ki, təhlillər yeni qanunvericilikdə bir sıra məsələlərin tənzimlənmədiyini, dövlət satınalmalarından istisna edilə biləcək halların müvafiq hüquqi aktda təsbit edilmədiyini, müəyyən edilmiş əlavə prosedurların satınalmaların keçirilməsinə çətinliklər yaratdığını və s. göstərib.Bu isə yeni qüvvəyə minmiş qanunvericiliyin təkmilləşdirilməsini zərurətə çevirib. Haşiyəyə çıxaraq bildirim ki, hazırda tərəfimizdən bu istiqamətdə iş aparılır və yaxın günlərdə təkliflər paketimiz aidiyyəti üzrə təqdim ediləcək".

Избранный
227
5
teleqraf.com

10Источники