RU

Arakçı Livan prezidenti ilə görüşdü

Bu gün Qahirədən Beyruta səfər edən İranın xarici işlər naziri Abbas Arakçının Livan Prezidenti Cozef Aunla görüşü baş tutub.

Axar.az xəbər verir ki, bu barədə “Mizan Onlayn” məlumat yayıb.

Məlumata görə, bir günlük səfər çərçivəsində Arakçının Livan parlamentinin sədri və ölkənin baş naziri ilə görüşləri də nəzərdə tutulub.

Qeyd olunub ki, görüşdə ikitərəfli münasibətlərə dair məsələlər və regiondakı son proseslər müzakirə edilib.

Избранный
295
50
axar.az

10Источники