RU

Qətər Əmiri Prezident İlham Əliyevə təbrik ünvanladı

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, təbrikdə deyilir:

 

“Zati-aliləri.

 

Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə Sizə və xalqınıza Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımızı və təbriklərimizi çatdırıram.

 

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına daha da çox firavanlıq və tərəqqi diləyirəm.

 

Həmçinin ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin qarşıdakı illərdə möhkəmlənməkdə davam etməsini arzulayıram”.

Tarix: 3 İyun 2025, 19:10   
Избранный
57
50
pravda.az

10Источники