RU

İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirdi

BAKI, 3 iyun. TELEQRFAF

İsveçrə Avropa İttifaqından (Aİ) sonra Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) bildirib.

Sanksiya siyahısına 17 fiziki şəxs, 31 müəssisə, 58 təşkilat və 189 gəmi daxildir.

Sanksiyalar yerli vaxtla saat 23:00-da (Moskva vaxtı ilə 4 iyun 00:00) qüvvəyə minəcək.

Mayın 14-də Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 17-ci raundu ilə bağlı razılığa gəliblər.

Qeyd olunur ki, sanksiyalar Rusiyanın neft tankerlərindən ibarət “kölgə donanması”nı, habelə Moskvaya enerji məhdudiyyətlərini aşmağa kömək edən şəxsləri və təşkilatları hədəf alır.

Избранный
93
46
teleqraf.com

10Источники