RU

Qlobal çağırışlara rəğmən Azərbaycan COP29-un nəticəliliyiini təmin edib - Yalçın Rəfiyev

Bakı. Trend:

Azərbaycan qlobal çağırışlara rəğmən COP29-un nəticəliliyinitəmin edib.

Trend xəbər verirki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, AzərbaycanınCOP29-dakı baş danışıqçısı Yalçın Rəfiyev Bakı Enerji Forumundaçıxışında deyib.

Onun sözlərinə görə, COP29 konfransı təkcə əldə olunmuşnəticələrə görə deyil, həm də keçdiyi mürəkkəb şərait baxımındantarixi əhəmiyyət daşıyır:

"Biz COP-un struktur baxımından nə qədər mühüm olduğunuanlamalıyıq. Bakıdakı müzakirələrdə əsas diqqət iqlimmaliyyələşməsinə yönəlmişdi ki, bu da əldə olunan razılaşmanıntəməllərindən birinə çevrildi. Maliyyələşmə olmadan siz nəemissiyaların azalda, nə də iqlim dəyişikliklərinə uyğunlaşabilərsiz ", – deyə nazir müavini vurğulayıb.

Yalçın Rəfiyev bildirib ki, qlobal geosiyasi gərginlik və birsıra ölkələrdə hökumət dəyişikliyi ilə müşayiət olunan mürəkkəbşəraitə baxmayaraq, Azərbaycan COP29-u həm inklüziv, həm dənəticəyönümlü şəkildə təşkil edə bildi.

"Biz elə etməyə çalışdıq ki, neft-qaz istehsalçılarından tutmuş, təmiz enerji tərəfdarlarına kimi – bütün maraqlı tərəflərin səsieşidilsin. Bütün tərəflərin iştirakı olmadan effektiv enerji keçidimümkün deyil”, - deyə o əlavə edib.

Diplomat COP29 çərçivəsində diqqət çəkən enerji təşəbbüslərindəndə danışıb. O, "yaşıl" enerji mənbələrinin inkişafı, enerji saxlamavə ötürmə infrastrukturu, eləcə də yaşıl hidrogenin təşviqinindayanıqlı gələcək üçün əsas istiqamətlərdən biri kimi önə çıxdığınıqeyd edib.

Избранный
322
50
az.trend.az

10Источники