RU

Gənclərin yaradıcılıq düşərgəsi: “ArchiVision Camp 2 – 2025” Qubada uğurla yekunlaşdı (FOTO)

Bakı. Trend:

Quba şəhərində “ArchiVision Camp 2 – 2025” gənclər düşərgəsikeçirilib. Layihə Gənclər və İdman Nazirliyi ilə AzərbaycanMemarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə GənclərTəşkilatının (TGT) tərəfdaşlığı çərçivəsində baş tutub. Üç gündavam edən düşərgədə tələbələrə innovativ təlimlər, yaradıcısessiyalar, praktiki məşğələlər və sosial fəaliyyətlər təqdimolunub.

Düşərgə Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşənabidəsinin ziyarəti ilə rəsmi şəkildə start götürüb. Daha sonra“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan açılışmərasimində müxtəlif rəsmi qurumların nümayəndələri çıxış edərəklayihənin əhəmiyyətinə toxunublar.

AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrəprorektoru Orxan Naqdiyev çıxış edərək universitetin butəşəbbüsünün əhəmiyyətindən danışıb. O bildirib ki, bu cürdüşərgələr tələbələrin yaradıcılıq potensialını artırmaqla yanaşı,onların komanda mühitində öyrənmə və inkişaf etmə imkanlarınıgenişləndirir.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasovaçıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gündə uğurla davam etdirildiyini qeyd edib və gənclərin belətəşəbbüslərdə fəal iştirak etməsinin önəmini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Cəmilə Rzayeva layihəninərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərəkiştirakçılara düşərgə müddətində uğurlar arzulayıb.

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müaviniMustafa Nöhbalayev isə tələbələrə motivasiyaedici tövsiyələrverərək düşərgənin onlara həm şəxsi, həm də peşəkar inkişafbaxımından faydalı olacağını söyləyib.

Düşərgə proqramı zəngin və çoxşaxəli məzmunu ilə diqqət çəkib.İlk təlimlərdən biri Quba Gənclərin İnkişafı və Karyera Mərkəzinindirektoru Eyvaz Xeyrullayev tərəfindən təqdim olunub. “Komandaquruculuğu, liderlik və yaradıcı sənayedə aparıcılıq” mövzusundakeçirilən təlim zamanı iştirakçılar komanda ilə işləmək, liderlikbacarıqları və yaradıcı sahələrdə təşəbbüskar olmaqla bağlı faydalıbiliklər qazanıblar. Təlim interaktiv üsullarla aparıldığı üçüntələbələr həm nəzəri biliklər, həm də qrup işləri vasitəsiləpraktiki bacarıqlar əldə ediblər.

Ardınca “Art Major Academy”nin müəllimləri Abuzər Heybətli vəVaqif Hüseynlinin təqdimatında “Ağıllı ev, maket və ölkədə yenitendensiyalar” adlı təlim keçirilib. Tələbələr burada müasirmemarlıqda tətbiq olunan texnoloji yeniliklərlə tanış olaraq ağıllıev konsepsiyası və davamlı tikinti prinsiplərini əyani şəkildəöyrəniblər. Təlimin davamında təşkil olunan praktiki hissədətələbələr komanda ilə birlikdə ağıllı ev maketi hazırlayıblar. Bufəaliyyət onlarda həm yaradıcı düşüncə, həm texniki tətbiqbacarıqları, həm də real layihə mühitində işləmə təcrübəsiformalaşdırın.

Günün sonunda isə tələbələr futbol, stolüstü tennis və voleybolüzrə keçirilən idman yarışlarında iştirak edərək bir-biriləri ilədaha yaxından tanış olublar və düşərgənin sosial mühitində fəalşəkildə yer alıblar.

İkinci gün AzMİU İnnovativ Biznes İnkubator bölməsinin rəhbəriRasim Abdullayevin təqdimatında “AI və rəqəmsal texnologiyalarınmemarlıq və dizayna təsiri” mövzusunda təlim keçirilib. Busessiyada süni intellektin şəhərsalma, dizayn və layihələndirməproseslərindəki rolu geniş müzakirə edilib.

Eyni gündə ERA Araşdırma şirkətinin direktor müavini KənanHəsənovun “Bazar necə çalışır?” mövzusunda təlimi ilə davam edib.Təlimdə iştirakçılar real bazar mexanizmləri, məhsulun düzgün hədəfauditoriyasına çatdırılması və effektiv bazar strategiyaları iləbağlı ilkin biliklərə yiyələniblər.

Düşərgənin diqqətçəkən mərhələlərindən biri Rasim Abdullayevinikinci təlimi – “İdeyadan məhsula: dizayn düşüncəsi və startapyanaşması” olub. Bu mərhələdə tələbələr öz ideyalarını inkişafetdirərək onları real layihələrə çevirməyin yollarınıöyrəniblər.

Təlimlərdən sonra keçirilən HAKATON mərhələsi düşərgəninkulminasiya nöqtəsinə çevrilib. Tələbələr “Gələcəyin dayanıqlışəhəri”, “Smart Kampus” və “Kəndin rəqəmsal inkişafı” kimi mövzularətrafında komandalarla işləyərək ideyalar formalaşdırıb. Konseptualtəqdimatlar hazırlayan komandalar innovativ yanaşmalarını münsiflərheyətinə təqdim ediblər. Layihələr funksionallıq, sosial fayda,dayanıqlılıq və texnoloji tətbiq baxımından qiymətləndirilib.

Hakatonun sonunda komandalar ideyalarını münsiflər heyətinətəqdim edərək bir-biri ilə yarışıblar. Münsiflər təqdim olunanlayihələri yenilikçilik, praktiklik, sosial fayda və təqdimatbacarığı baxımından dəyərləndiriblər. Bu mərhələ tələbələrintəqdimat bacarıqlarının və komanda işinin inkişafına xüsusi töhfəverib.

Günün sonunda isə “Marshmallow və concept party” təşkil olunub.Axşam əyləncəsi tələbələr üçün düşərgənin gərgin və məhsuldargününü əyləncəli və yaddaqalan bir atmosferlə tamamlanıb.

Düşərgənin üçüncü günü səhər idmanı ilə başlayıb və ardıncarəsmi bağlanış və mükafatlandırma mərasimi təşkil olunub. Fərqlənəniştirakçılar müxtəlif nominasiyalar üzrə təltif olunublar.

Mərasimdə Hakaton mərhələsində fərqlənən komandalar xüsusidiqqət mərkəzində olub. Münsiflərin qiymətləndirməsi əsasında I, IIvə III yerlərə layiq görülən komandalar xüsusi mükafatlarla təltifolunub, onların təqdim etdiyi layihələr innovativlik, dayanıqlılıqvə sosial fayda baxımından yüksək dəyərləndirilib.

Son olaraq təşkil olunan Quba şəhər turu tələbələrin regionuntarixi və mədəni irsi ilə tanışlığına imkan yaradıb. TələbələrQırmızı Qəsəbədə dünyanın ən qədim dağ yəhudi icmalarından birininhəyat tərzi ilə tanış olub, Dağ Yəhudiləri Muzeyini və Quba RayonTarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Tur Quba SoyqırımıMemorial Kompleksi ilə yekunlaşıb, burada iştirakçılar Azərbaycantarixinin faciəli səhifələrinə nəzər salıblar.

Gənclərin
Gənclərin
Gənclərin
Gənclərin
Gənclərin
Gənclərin
Gənclərin
Gənclərin
Məqalədə:
Избранный
236
41
az.trend.az

10Источники