Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçiriləcək test imtahanı mərhələsində “Xarici dil” (İngilis dili) ixtisası üzrə iştirak edən namizədlərə ümumilikdə 40 sual təqdim ediləcək.
Bu barədə TƏHSİL.BİZ Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir.
Bildirilir ki, namizədlər oxuyub-anlama üzrə 15, leksikologiyadan 8, dil qaydaları üzrə isə 17 suala cavab verməlidirlər.Məzmun sahələri üzrə mövzular:
1. Oxuyub-anlamaCümlə, dialoq və ya mətn qurmaqCümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaqCümləni parafraz etməkMətnin əsas fikrini, ideyasını tapmaqMətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etməkMətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaqMətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək və ya mətnə aid olmayan fikirləri tapmaqMətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək, yaxud başlığa uyğun düzgün mətn seçmək
2. LeksikologiyaSinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etməkVerilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etməkKontekstdən sözü anlamaq və mənasını müəyyən etməkSözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq
3. Dil qaydaları3.1. Morfologiya: Nitq hissələri
İsim
İsimlərin mənalarına görə təsnifi: ümumi və xüsusi isimlərİsmin əsas qrammatik əlamətləriİsmin hal və kəmiyyət kateqoriyalarıİsmin ümumi və yiyəlik halları
Sifət
Sifətlərin mənalarına görə təsnifi: əsli və nisbi sifətlərSifətlərin əsas qrammatik əlamətləriƏsli sifətlərin dərəcə kateqoriyalarıİsimləşmiş sifətlər
Say
Sayın növləri: miqdar, sıra və kəsr sayları
ƏvəzlikƏvəzliklərin təsnifiWho, which, what, whose sözlərinin sual, nisbi və bağlayıcı əvəzlik kimi işlənməsiSome, any, no, every əvəzlikləri və onların törəmələriKəmiyyət bildirən many, much, little, few, a little, a few, a lot (of), plenty of və başqa sözlərin işlənməsi
Feil
Feillərin təsnifiƏsas qrammatik əlamətləriƏsas, köməkçi, bağlayıcı feillər
Feilin xəbər şəkliFeilin məlum və məchul növüZamanların uzlaşması
Modal feillər
Modal feillərin ekvivalentləriFeilin vasitəli şəkliFeilin şəxssiz formaları
Feili isim
Qısalma və ya reduksiya
Zərf
Zərfin növləriZərf düzəldən suffikslərZərfin dərəcələriHəm sifət, həm də zərf kimi işlənən sözlərin omonimliyi və dərəcə kateqoriyası
Artikl
Qeyri-müəyyənlik və müəyyənlik artiklıArtiklın işlədilməsi və işlədilməməsi qaydalarıArtikl və ya artiklsız işlənən ifadələr
Sözönü
Sözönüləri, sözönülü ifadələr və onların başqa nitq hissələri ilə omonimliyi
Bağlayıcı
Tabeli və tabesiz bağlayıcılar və başqa nitq hissələri ilə omonimliyi
Ədat
Modal sözlər
Nida
3.2. Sintaksis
Cümlə: Sadə (məqsəd və intonasiyaya görə) və mürəkkəb cümlələr (tabeli-tabesiz), aralarındakı sintaktik baxımdan quruluş fərqlilikləriMübtəda ilə xəbərin uzlaşmasıCümlə üzvləri: Cümlənin baş və ikinci dərəcəli üzvləriVasitəsiz nitq, vasitəli nitqSadə və mürəkkəb cümlələrdə inversiyaThere formal sözü ilə başlanan cümlələr
Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.
Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər əvvəlcə “Digital Login” əldə etməli və www.miq.edu.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.