Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan uzun sürən xəstəlikdən sonra vəfat edib.
Onun 77 yaşı var idi.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Şirxanyanın yaxınları məlumat verib.
O, 1990-cı ildə Ermənistan Ali Sovetinin deputatı seçilib. Həmçinin Ermənistan prezidentinin müşaviri, hökumətin 10-cu departamentinin rəhbəri işləyib. O, Erməni Milli Hərəkatının üzvü olub.
Şirxanyan Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqeyini daim açıq şəkildə bəyan edib. 44 günlük Vətən müharibəsindən əvvəl “İrəvanın 4 “kozırı” var idi: diaspor, “erməni soyqırımı”, rus bazası və Qarabağ. Biz onlardan düzgün istifadə etsəydik, qalib mövqedə olardıq”, - deyə Şirxanyan qeyd edib və əlavə edib ki, İrəvan bu “kozır”ları bir-bir itirib.