RU

İngilis dili müəllimi olmaq istəyənlərin nəzərinə! MİQ mövzuları

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçiriləcək test imtahanı mərhələsində “Xarici dil” (İngilis dili) ixtisası üzrə iştirak edən namizədlərə ümumilikdə 40 sual təqdim ediləcək.

Modern.az bu barədə Təhsil İnstitutunun təqdim etdiyi “Müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədinə əsasən xəbər verir.

Bildirilir ki, namizədlər oxuyub-anlama üzrə 15, leksikologiyadan 8, dil qaydaları üzrə isə 17 suala cavab verməlidirlər.

Məzmun sahələri üzrə mövzular:

1. Oxuyub-anlama

Cümlə, dialoq və ya mətn qurmaq

Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq

Cümləni parafraz etmək

Mətnin əsas fikrini, ideyasını tapmaq

Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək

Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq

Mətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək və ya mətnə aid olmayan fikirləri tapmaq

Mətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək, yaxud başlığa uyğun düzgün mətn seçmək

2. Leksikologiya

Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək

Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək

Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək

Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq

3. Dil qaydaları

3.1. Morfologiya: Nitq hissələri

İsim

İsimlərin mənalarına görə təsnifi: ümumi və xüsusi isimlər

İsmin əsas qrammatik əlamətləri

İsmin hal və kəmiyyət kateqoriyaları

İsmin ümumi və yiyəlik halları

Sifət

Sifətlərin mənalarına görə təsnifi: əsli və nisbi sifətlər

Sifətlərin əsas qrammatik əlamətləri

Əsli sifətlərin dərəcə kateqoriyaları

İsimləşmiş sifətlər

Say

Sayın növləri: miqdar, sıra və kəsr sayları

Əvəzlik

Əvəzliklərin təsnifi

Who, which, what, whose sözlərinin sual, nisbi və bağlayıcı əvəzlik kimi işlənməsi

Some, any, no, every əvəzlikləri və onların törəmələri

Kəmiyyət bildirən many, much, little, few, a little, a few, a lot (of), plenty of və başqa sözlərin işlənməsi

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Feil

Feillərin təsnifi

Əsas qrammatik əlamətləri

Əsas, köməkçi, bağlayıcı feillər

Feilin xəbər şəkli

Feilin məlum və məchul növü

Zamanların uzlaşması

Modal feillər

Modal feillərin ekvivalentləri

Feilin vasitəli şəkli

Feilin şəxssiz formaları

Feili isim

Qısalma və ya reduksiya

Zərf

Zərfin növləri

Zərf düzəldən suffikslər

Zərfin dərəcələri

Həm sifət, həm də zərf kimi işlənən sözlərin omonimliyi və dərəcə kateqoriyası

Artikl

Qeyri-müəyyənlik və müəyyənlik artiklı

Artiklın işlədilməsi və işlədilməməsi qaydaları

Artikl və ya artiklsız işlənən ifadələr

Sözönü

Sözönüləri, sözönülü ifadələr və onların başqa nitq hissələri ilə omonimliyi

Bağlayıcı

Tabeli və tabesiz bağlayıcılar və başqa nitq hissələri ilə omonimliyi

Ədat

Modal sözlər

Nida

3.2. Sintaksis

Cümlə: Sadə (məqsəd və intonasiyaya görə) və mürəkkəb cümlələr (tabeli-tabesiz), aralarındakı sintaktik baxımdan quruluş fərqlilikləri

Mübtəda ilə xəbərin uzlaşması

Cümlə üzvləri: Cümlənin baş və ikinci dərəcəli üzvləri

Vasitəsiz nitq, vasitəli nitq

Sadə və mürəkkəb cümlələrdə inversiya

There formal sözü ilə başlanan cümlələr

Sənəddə qeyd olunur ki, test mərhələsində bütün fənlər üzrə, o cümlədən metodika və pedaqogika sahəsində namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik baxımdan yoxlanılır.

Əlavə olaraq vurğulanır ki, mövzular müəyyən edilərkən ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad edilib və təqdim olunan mövzulara xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə qeydiyyat 29 may saat 11:00-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər əvvəlcə “Digital Login” əldə etməli və www.miq.edu.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
241
5
modern.az

10Источники