RU

Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin elə görüntüsünü paylaşdı ki...

Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşması birmənalı qarşılanmayıb.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, videoda həkimin maskasız, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü, pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü, həmin anlarda pasiyentinin intim əzalarının üzərinin bağlanmadığı əks olunub.

Bu görüntülər sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir qisim istifadəçi peşə etikası cəhətdən pasiyentin əzalarının açıq şəkildə paylaşılmasını doğru hesab etməyib, eyni zamanda, prosesin qeyri-steril mühitdə aparıldığına diqqət çəkilib.

Məsələ ilə bağlı danışan həkim, professor Adil Qeybulla qeyd edib ki, həkim pasiyentin fərdi məlumatlarını gizli saxlamağı bacarmalıdır:

"Helsinki Bəyannaməsinin müddəalarına görə, tibb sahəsində insanların bütün fərdi məlumatlarını həkim özündə saxlamağı bacarmalıdır və insanın şəxsiyyətinə hörmət etməlidir. Xəstə huşsuz, narkoz altında və s. hallarda ola bilər. Buna baxmayaraq, bütün hallarda onun şəxsiyyətinə hörmət tibb işçisinin əsas vəzifəsindən biridir".

Professor vurğulayıb ki, sterillik haqqında anlayış olmayan yerdə tibdən söhbət gedə bilməz:

"Bütün tibb işçilərinin sterillik haqqında düzgün təsəvvürü olmalıdır. Əks halda, onlar sterilliyi pozub, çox ciddi təhlükələr yarada bilərlər.

Əməliyyat aparılan sahədə hər şey steril olmalıdır. Əməliyyata girən istər həkim, istər pasiyent, istərsə də tibb bacısı - hər birinin başında papaq, ağzında maska, əlində də steril əlcək olmalıdır.

Избранный
263
50
publika.az

10Источники