RU

Türkiyədə hərbçiləri daşıyan mikroavtobus aşıb: Xəsarət alanlar var

Türkiyədə hərbçiləri daşıyan mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
 
Oxu.Az-ın "Haber Global" telekanalına istinadla verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi nəticəsində 12 əsgər yüngül xəsarət alıb.
 
Hadisə Hakkari-Çukurca yolunda baş verib. Yaralı hərbçilər xəstəxanaya çatdırılıblar.
 
Fakt üzrə təhqiqat başlayıb.
 
Избранный
263
50
moderator.az

10Источники