RU

Medinski: Rusiya Ukrayna ilə əsirlərin mübadiləsinə başlamağa hazırdır

Moskva, 5 iyun, AZƏRTAC

Moskva artıq iyunun 7, 8 və ya 9-da Ukrayna ilə əsirlərin mübadiləsinə başlamağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə müşavirəsində məlumat verib.

O xatırladıb ki, iyunun 2-də İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının ikinci raundu təkbətək formatda başlayıb və üç saatdan çox davam edib, ondan sonra nümayəndə heyətlərinin bütün üzvlərinin iştirakı ilə davam etdirilib. V.Medinski onu da vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq şəkildə imtina edilməsinə baxmayaraq, Rusiya cəbhənin müəyyən sahələrində humanitar fasilələr məsələsinə qayıtmağa hazırdır.

Rusiya danışıqlar qrupunun rəhbəri, həmçinin bildirib ki, hazırda paritet formatda yekun rəqəmlər razılaşdırılır, hər tərəfdən 1200 nəfərin dəyişdiriləcəyi güman edilir. O xatırladıb ki, İstanbulda tərəflər ən azı min nəfəri, ilk növbədə ağır yaralıları, ağır xəstələri və yaşı 25-dən aşağı olan hərbi əsirləri mübadilə etmək barədə razılığa gəliblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
140
50
azertag.az

10Источники