RU

“CBS”: Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib

Amerika lideri Donald Tramp 12 ölkənin vətəndaşlarına ölkəyə girişi qadağan edib və daha 7 ölkənin sakinləri üçün qismən məhdudiyyətlər tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin “CBS” telekanalının müxbiri Cennifer Ceykobs mənbələrə istinadən məlumat verib.

Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşları üçün qismən məhdudiyyətlər tətbiq olunacaq.

Избранный
379
20
report.az

10Источники