RU

Türkiyə Rusiyadan bu məhsulun alışını kəskin azaltdı

2025-ci ilin aprelində Türkiyə Rusiya neft məhsullarının idxalını dörddə bir azaldıb.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” dövlət statistika xidmətinə istinadən məlumat yayıb.

Məlum olub ki, tədarüklər iki il yarım ərzində minimum dəyərə - 735,7 milyon dollara çatıb. Mart ayı göstəriciləri ilə müqayisədə bu rəqəm 11 faiz azdır.

Türkiyə yanvar-aprel aylarında Rusiya neft məhsullarına 3,3 milyard dollar xərcləyib. Bu göstərici bir il əvvəllə müqayisədə 14,5 faiz çoxdur. Satınalmaların əksəriyyətini xam neftdən və ya bitumlu süxurlardan qazoylları (616,3 milyon dollar), təyyarə yanacağı (49,1 milyon dollar), xam neft və ya bitumlu süxurlardan açıq rəngli neft məhsulları (48,8 milyon dollar), digər qazoylları (11 milyon dollar) və sürtkü yağları (10,4 milyon dollar) təşkil edib.

Buna baxmayaraq, aprel ayında Rusiya Türkiyəyə neft məhsullarının əsas tədarükçüsü olub. Bundan başqa, Misir, Hindistan, Fransa və İtaliya da liderlər arasındadır.

Избранный
346
14
publika.az

10Источники