RU

Bu media orqanının ofisində axtarış aparılır: Əməkdaşlar saxlanılıb

"Ura.ru" xəbər agentliyinin Yekaterinburqda yerləşən redaksiyasının ofisində axtarış aparılır.

Publika.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

İstintaq hərəkətlərinin nəşrin 2020-ci ildə “Həkimlər Alyansı” qeyri-kommersiya təşkilatından vəsaiti alması ilə bağlı ola biləcəyi vurğulanır. Bu barədə isə “RBK Yekaterinburq” mənbələri məlumat yayıb.

Məsələ ilə bağlı digər məlumatı isə "66.ru" internet portalı yayıb. Nəşr Sverdlovsk redaksiyasının baş redaktoru Denis Allayarov və kriminal sahədə ixtisaslaşmış müxbir Sergey Bodrovun ehtimal olunan həbsi barədə məlumat yayıb. Hazırda onlarla əlaqə yoxdur.

"Baza" "Telegram" kanalının məlumatına görə isə 2025-ci ilin martında saxlanılan keçmiş polis zabiti jurnalistlərin əleyhinə ifadə verib.

Избранный
256
50
publika.az

10Источники