RU

FİF son 3 ilin maliyyə hesabatını açıqladı

AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu (FİF) son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb.

Fanat.Az xəbər verir ki, məlumatı FIF-in mətbuat xidməti yayıb.

Hesabatda fondun 2022, 2023, 2024-cü illərdəki xərcləri və əldə etdiyi gəlirlər də göstərilib.

Qurumun 2022-ci ildəki gəlirləri 350 min 676 manat olub. 2023-cü ildə büdcəsinə 511 min 206 manat əlavə edən FİF, 2024-cü ildə 449 min 12 manat qazanıb.

2022-ci ildə büdcəsindən 379 min 249 manat xərcləyən fondun 2023-cü ildəki xərcləri 511 min 718 manat təşkil edib. Qurumun ötənilki xərcləri isə 471 min 809 manat olub.

Qeyd edək ki, FİF 2016-cı ildə AFFA tərəfindən təsis olunub.

Избранный
105
fanat.az

1Источники