Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Çindən Azərbaycana 213 min 304ədəd smartfon idxal edilib.
Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu sayda smartfonların idxalınaçəkilən xərc 62,7 milyon ABŞ dolları olub.
Çindən smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 42 min 383 ədəd və ya 16,6%, dəyər ifadəsi ilə4,4 milyon ABŞ dolları, yaxud da 6,6% azalıb.
Belə ki, ötən ilin birinci rübündə Azərbaycana Çindən 67,1milyon ABŞ dolları dəyərində 255 min 687 ədəd smartfongətirilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycana 82,8milyon ABŞ dolları dəyərində 261 min 576 ədəd smartfon gətirilib.Smartfonlar Çindən, ABŞ-dən, Hindistandan, Koreyadan, Meksikadan vəVyetnamdan idxal edilib.