RU

Netanyahunun qalmaqallı səs yazısı ortaya çıxdı

İsrailin “Kanal 13” televiziyası baş nazir Benyamin Netanyahunun 2025-ci ilin büdcə səsverməsindən əvvəl Birləşmiş Tövrat Yəhudiliyinin dini liderlərindən biri olan ravvin Moşe Hillel Hirşlə mart ayında keçirdiyi telefon danışığının səs yazısını sızdırıb.

Publika.az xəbər verir ki, səs yazısında Netanyahunun Haredi tələbələrinin hərbi xidmətdən azad edilməsinə qarşı olduqları üçün Yoav Qallant və Herzi Halevini işdən çıxardığını açıq şəkildə söyləməsi eşidilir.

Netanyahu Tövrat məktəblərində təhsil alan Haredi tələbələrini hərbi xidmətdən azad edən qanunun qəbulu üçün Hirşə vaxt lazım olduğunu deyib: "Bildiyiniz kimi aşmalı olduğumuz böyük maneələr var idi. Müdafiə naziri və baş qərargah rəisi sizə qarşı olanda irəli gedə bilməzsiniz. Amma indi bir addım ata bilərik".

İsrail baş nazirinin ofisindən verilən açıqlamada bu iddialar təkzib edilib. Qeyd olunub ki, Qallant və Halevi Haredinin orduya cəlb edilməsi üçün orduda xüsusi bölmələrin yaradılmasına mane olublar. Hazırkı müdafiə naziri İsrael Katz və baş qərargah rəisi Eyal Zamir isə məsələ ilə peşəkarcasına məşğul olub və prosesi sürətlə irəli aparıblar.

Избранный
228
17
publika.az

10Источники