RU

Bədavi millinin düşərgəsindən niyə uzaqlaşıb? - AFFA və “Qarabağ”dan açıqlama

Qarşıdakı yoldaşlıq oyunları üçün milliyə dəvət olunan Bədavi Hüseynov kubokun final oyunundan bir gün sonra zədə səbəbindən heyətdən çıxarılıb. Halbuki müdafiəçi mayın 31-də keçirilən final oyununda ehtiyat oyunçular skamyasında idi, hətta isinirdi, meydana da çıxa bilərdi.

Finaldan sonra heç bir məşq olmadığı halda, futbolçu necə və harda zədələndi?

“Football-plus.az”ın sualına AFFA-nın departament rəhbəri Elnur Məmmədli və “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev cavab verdi.

Elnur Məmmədli:
“Dizindəki köhnə zədə onu narahat edir. Ona görə də milli düşərgəyə qoşula bilmədi. Qarşıdakı yoldaşlıq görüşlərində oynaya bilməyəcək”.
Anar Hacıyev:
“Bədavinin dizində ödəm var. İkihəftəlik müalicə müddəti olacaq. Bu ağrılar ehtiyat oyunçular skamyasında oturanda da var idi. Bu zədə səbəbindən millinin düşərgəsinə qoşula bilməyəcək”.
MÜZƏFFƏR QULUZADƏ
Избранный
130
football-plus.az

1Источники