Bu gün Gəncə Dövlət Universitetinin nəznində Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi ilə müəllimlər arasında gərginlik yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Kollecin müəllim heyəti Teleqraf-a bildirib ki, yeni təyin olunan direktor Xoşqədəm Xudiyeva iki müəllimi işdən azad edib. Həmçinin iddia edilir ki, rəhbərliyə yaxın olan şəxslərə 150-200 manat əlavə maaş yazılır.
Gəncə Dövlət Regional Kolleci ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmayıb.
Elm və Ali Təhsil üzrə Təhsil Agentliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, agentlik qeyd olunanlarla bağlı məlumatlıdır.
"Məsələ ilə bağlı araşdırma aparılır", -məlumatda qeyd olunub.