RU

Çinin yeni gizli döyüş təyyarəsi

Çin özünün gizli texnologiyaya malik beşinci nəsil "J-35" döyüş təyyarəsinin bir neçə versiyasını ordunun istifadəsinə verməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Bulgarian Military" məlumat yayıb.

Təyyarənin quru versiyası Çin Xalq Respublikası Hərbi Hava Qüvvələri üçün yaradılıb. Bu modifikasiyada tək burun təkəri var.

Təyyarənin daşıyıcı əsaslı versiyası Çin Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub. O, qatlanan qanadlarla və təyyarədaşıyan gəmiyə eniş üçün xüsusi qarmaqla təchiz edilib.

Təyyarənin hər iki versiyası ilk dəfə 2012-ci ildə səmaya qalxan "FC-31" döyüş təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır. "J-35"-ər çox güman ki, "WS-13E" kimi iki yeni Çin mühərriki ilə təchiz ediləcək.

Избранный
281
4
publika.az

10Источники