RU

Ukrayna və Türkiyə müştərək müdafiə sənayesinin yaradılmasını müzakirə edib

Kiyev, 6 iyun, AZƏRTAC

Ukraynanın müdafiə naziri Rüstəm Umerov Brüsseldə türkiyəli həmkarı Yaşar Gülər ilə görüşüb. Danışıqlar zamanı o, müdafiə sənayesində birgə layihələrin siyahısının formalaşdırılmasını təklif edib.

Bu barədə AZƏRTAC Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

"Türkiyəli nazir Ukraynaya dəstəyi və ərazi bütövlüyümüzə hörməti təsdiqləyib. Bizim üçün bu, ədalətli sülh yolunda həmrəyliyin vacib siqnalıdır", - deyə Umerov bildirib.

Rustem Umerov həmkarına Türkiyənin dəniz təhlükəsizliyinə və Qara dəniz regionuna verdiyi töhfəyə, diplomatik səylərə, Ukraynaya dəstək üçün beynəlxalq koalisiyalarda iştirakına və minatəmizləmə sahəsində əməkdaşlığa görə təşəkkür edib. Sənaye kooperasiyasının inkişaf perspektivləri də müzakirə olunub.

"Mən müdafiə sənayesində birgə layihələrin siyahısının formalaşdırılmasını təklif etdim", deyə Umerov əlavə edib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
127
49
azertag.az

10Источники