RU

Voleybolçularımız Belarusa yollanıb

Voleybol üzrə yeniyetmə oğlanlardan ibarət yığmamız (2008-2009) bu gün Belarusa yola düşüb.

İdman.biz xəbər verir ki, komandamız Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.

İyunun 12-ə kimi davam edəcək birgə təlim-məşq toplanışı ilə yanaşı, komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb.

Qeyd edək ki, komandamız bu il ölkəmizdə keçiriləcək MBD Oyunlarında ölkəmizi təmsil edəcək.

İdman.biz

Избранный
280
5
idman.biz

10Источники