RU

Gümüş Avropa Liqası: Azərbaycan millisi bu gün ilk matçını keçirəcək

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ilk matçını keçirəcək.

Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Gümüş Avropa Liqasında ilk turun oyunları İsveçdə keçiriləcək. Azərbaycan millisi növbəti görüşünü sabah Gürcüstan millisi ilə qarşılaşacaq.

Избранный
161
19
cbcsport.az

10Источники