RU

Rusiyanın yeni avtomobil bazarının 54 faizini Çin markaları təşkil edir


Rusiyada yeni minik avtomobilləri bazarının yarıdan çoxu Çin markalarının payına düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Avtostat” analitik agentliyinin direktoru Sergey Tselikov özünün “Telegram” kanalında məlumat yayıb.
“May ayında yeni minik avtomobilləri üzrə Rusiya bazarının yarıdan çoxunu (54%) Çin brendləri təşkil edib”, - obildirib.
Tselikovun sözlərinə görə, Rusiya brendləri (son zamanlar yaradılanlar da daxil olmaqla) bazarın demək olar ki, üçdə birini – 33,1%-ni təşkil edib:
“Yapon və alman brendlərinin hər biri bazarın 2,7%-ni təşkil edib, Koreya brendlərinin payı isə 1,3%-ə düşüb”.
Избранный
362
3
yeniavaz.com

10Источники